Bazar, 1 İyun, 2025

Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir!


  • Dərc edildi: 29 Dekabr, 2024 - 03:16
Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir!

Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir! 

 

Kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxana işinin effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər yeni yaradılan “MEK könüllüləri”nə qoşulmaq üçün müsabiqədə iştirak edə bilərlər.

 Müsabiqədə intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaşarası gənclərə üstünlük veriləcək. Seçim CV və anket əsasında aparılacaq, növbəti mərhələyə keçən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

 AMEA MEK-də könüllülük fəaliyyətinə gənclər üç ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə yaxından iştirak edəcək. Könüllü fəaliyyəti gündəlik olaraq üç növbədə təşkil ediləcək. 

Növbələrin bölgüsü aşağıdakı kimidir:

 – Birinci növbə: saat 10:00–13:00;

 – İkinci növbə: saat 14:00–17:00; 

– Üçüncü növbə: saat 18:00–21:00. 

Könüllülük proqramı ərzində əldə ediləcək əlavə imkanlar: 

– Aktivliyi ilə seçilən könüllülərə tövsiyə məktubu;

 – AMEA Mərkəzi Elmi Kitabxanasının bir illik oxucu biletini ödənişsiz əldə etmək;

– Fəaliyyəti üzrə sertifikat.

 “MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 

– Mərkəzi Elmi Kitabxanada könüllü fəaliyyətini həyata keçirmək;

 – MEK-də keçirilən tədbirlərin təşkilində fəal iştirak etmək;

 – MEK-in struktur vahidlərinin gündəlik fəaliyyətinə dəstək göstərmək;

 – Kitabxanaya yeni müraciət edən oxuculara kitab və mütaliə haqqında lazımi biliklərin verilməsi; 

– Əlillərin, yaşlı oxucuların kitabxanada daha asan xidmət alması üçün onlara qayğı göstərmək, eləcə də kitabxanaya gələ bilməyən əlil və yaşlı oxuculara qeyri-stasionar xidmət göstərmək;

 – Oxuculara kitabxanada ənənəvi və elektron kataloqdan, elektron kitabxanadan istifadə qaydaları ilə bağlı əməli yardım göstərmək; 

– MEK-in sosial şəbəkələrdəki rolunun artırılmasına dəstək olmaq; 

– MEK-də rəy sorğularının, eləcə də müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üzrə sorğuların təşkilində iştirak etmək; 

– Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. 

Müraciətlər 10 yanvar 2025-ci il tarixinədək qəbul edilir. 

Maraqlananlar məlumatlarını 10.01.2025-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.

Tel.: +99412 539 73 65

 E-poçt: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 121
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...