Bazar, 8 İyun, 2025

İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir


  • Dərc edildi: 14 Noyabr, 2022 - 15:34
İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir

İİTKM və Nyu Kasl Universiteti müəllimləri seminara dəvət edir

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyanın Newcastle (Nyu Kasl) Universiteti ilə birgə müəllimləri iki günlük seminarda iştiraka dəvət edir. Seminar 17 və 18 noyabr 2022-ci il tarixində saat 11:00-dan 17:00-ə kimi İİTKM-də keçiriləcək. 

İnteraktiv formada təşkil olunacaq seminar müəllimlər üçün biznes və sahibkarlıq sahəsində prioritet mövzuları əhatə edəcək:

 • Müvafiq tədris və təhsil strategiyalarının hazırlanması;

• Tədris zamanı tələbələrə həvəsləndirici metodların aşılanması;

• Maraqlı tərəflərlə birgə işin öyrədilməsi;

•Bu sahədə ixtisaslaşan müəllimlərin təcrübələrini qiymətləndirmək və s. 

 Seminarda əvvəlki layihələrə, o cümlədən, “Creative Spark”a qatılmış və Bakı şəhərində fəaliyyət göstərən hər bir universitet müəllimi iştirak edə bilər. Hər iki gündə iştirak etmək imkanı olan müəllimlərin müraciəti daha arzuolunandır. 

İştirak üçün son qeydiyyat tarixi: 16 noyabr, saat 13:00 

Qeydiyyat linki: https://forms.gle/gW6RMFgLy3Q7R2ce6 

Təlimçilər: Dr. Fiona Whitethurst və Leigh Sear

Seminarla bağlı sualınız olarsa Creative Spark layihəsinin meneceri Elnur Əliyevə ([email protected] və ya +994 502894080), eləcə də  təlimçi Dr. Fiona Vaythörstə ([email protected]) müraciət edə bilərsiniz. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 134
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 307
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...