Bazar, 8 İyun, 2025

Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib


  • Dərc edildi: 6 Mart, 2023 - 17:09
Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib

Mil-Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib.

4 mart 2023-cü il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Mil - Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün Mil - Muğan Gənc Müəllimlərinin I Regional Forumu keçirilib.

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət Sektorunun müdiri Mahir Zahidov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Mil-Muğan Regional Təhsil İdarəsi Saatlı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Mikayıl Rüstəmov, Karnegi Klub Təlim Mərkəzinin rəhbəri, Biznes təlimçisi, NLP master Nəcəf Allahverdiyev və Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarında fəaliyyət göstərən gənc müəllimlər iştirak edib.

Forumda Nəcəf Allahverdiyev “Uğurun formulu varmı?” mövzusunda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıb.

Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Mil-Muğan Regional Təhsil İdarəsinə təşəkkür edirik!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...