Cümə axşamı, 17 İyul, 2025

“Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” keçiriləcək


  • Dərc edildi: 4 Oktyabr, 2022 - 22:00
“Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” keçiriləcək

Gənclər və İdman Nazirliyinin və Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə, Gənclər Fondunun və Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə “Azərbaycanda gənclərlə işləyən Təlimçilər üçün Təlim (TRAYAZE)” keçiriləcək. TRAYAZE - qeyri-formal təhsil fəaliyyətlərinə dair təlimçilər və gənclər işçiləri üçün uzunmüddətli təlim kursudur və 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrınadək davam edəcək. Təlimin məqsədi – Azərbaycanda gənclərlə iş sahəsində keyfiyyətli təlimlərin keçirilməsi üçün təlimçilərin bilik və bacarıqlarını inkişaf etdirmək, o cümlədən gənclərlə işləyən təlimçilər şəbəkəsinin üzvlərinin sayının artırmaqdır.

TRAYAZE-də iştirak etmək istəyən namizədlər 21 oktyabr 2022-ci il saat 23:59-a qədər Avropa Şurasının Gənclər Departamentinin http://youthapplications.coe.int/Application-forms platformasında qeydiyyatdan keçə və onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 140
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 415
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 5257
Yeni məzunlar üçün I...