Bazar ertəsi, 4 Avqust, 2025

Aqronom Təcrübəçi vakansiyası (Maaşlı)


  • Dərc edildi: 6 Noyabr, 2024 - 15:47
Aqronom Təcrübəçi vakansiyası (Maaşlı)

Aqronom Təcrübəçi vakansiyası (Maaşlı)

 

“AGRİCO” MMC aqronomiya, kimya, biologiya, biotexnologiya və ekologiya üzrə təhsilini yeni başa vurmuş və aqronomiya sahəsi üzrə həm təlim, həm təcrübə qazanmaq istəyən gənclərimiz üçün əla fürsət təklif edir 
6 ay müddətində sahənin peşakarları ilə birgə çalışmaq, onların zəngin təcrübələrini öyrənməkdən daha yaxşı nə ola bilər? Gələcək karyeranızı aqronomiya sahəsində görürsünüzsə, müraciətlərinizi gözləyirik!

Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz: 


 Həm təlim, həm təcrübə əldə edərkən, həm də maddi olaraq qazanma imkanı;
 Yerli və xarici mütəxəssislərdən öyrənmək fürsəti;
 Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
 Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
 Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.

Qeyd: Təcrübə proqramı rəsmidir və əmək haqqı ödənilir. 


Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq. 
Proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimiz:
 Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
 Ezamiyyələrə hazır olmalı;
Sürücülük vəsiqəsinin olması üstünlükdür;
 Dil bilikləri: İngilis dili üstünlükdür. 

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən [email protected] elektron ünvanına mövzu hissəsinə “Aqronom Təcrübəçi” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5650
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1011
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 354
“İnnovativ məktəb” l...