Bazar ertəsi, 4 Avqust, 2025

Marketinq üzrə menecer  vakansiyası


  • Dərc edildi: 7 İyul, 2023 - 01:08
Marketinq üzrə menecer  vakansiyası

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Marketinq üzrə menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:
Marketinq strategiyasının hazırlanması;
Büdcə planlaması;
Məhsul spesifikasiyasına uyğun həm daxili, həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatların hazırlanması;
Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi;
Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyaclarının analizi və hesabatın hazırlanması;
İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək;
Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması.

Namizədlərə əsas tələblər:
Marketinq, iqtisadiyyat sahələri üzrə ali təhsil;
Təcrübə: minimum 3 il (İnvestisiya sahəsi üzrə üstünlükdür);
Marketinq üzrə sertifikatlar;
Dil bilikləri: Azərbaycan Dili , Rus Dili və İngilis dili;
İT üzrə biliklər, Google AdWords, Facebook ads manager, e-mail marketinq alətlərindən istifadə bacarığı;
Rəqəmsal marketinq üzrə biliklər (SEO, SEM, SMM);
Yaxşı ünsiyyət bacarıqları, komanda ilə işləmək bacarığı;
Yaradıcı və təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək qabiliyyəti;
Təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı.

Maraqlanan şəxslər elektron məktub başlığında “Marketinq üzrə menecer” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5650
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1011
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 354
“İnnovativ məktəb” l...