Çərşənbə, 6 Avqust, 2025

Kiçik auditor vakansiyası


  • Dərc edildi: 7 Dekabr, 2022 - 18:14
Kiçik auditor vakansiyası

Kənd təsərrüfatı, istehsalat və distribusiya şirkətlərini özündə birləşdirən "MARS OVERSEAS BAKU LTD” MMC və “AZ FP CO” LTD MMC portfelləri üçün "kiçik auditor" axtarışındayıq.


Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Kiçik Auditor” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

İşin təsviri:
Audit yoxlamalarında iştirak;
Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
İri həcmli məlumatların toplanması və təhlilinin həyata keçirilməsi; 
Audit hesabatının hazırlanmasında iştirak edilməsi, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirakın təmin edilməsi;
Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.

Tələblər:
Təhsil – Ali (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
Audit və ya oxşar (Maliyyə, Mühasibatlıq, Daxili nəzarət və s.) sahədə minimum 1 il iş təcrübəsi;
Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək; 
Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
Beynəlxalq peşəkar sertifikatlara (ACCA, CİA, CFE və s.) sahib olması üstünlükdür;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Vaxtın səmərəli idarə edilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.

İş şərtləri:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcəkdir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5873
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1115
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 409
“İnnovativ məktəb” l...