Bazar, 8 İyun, 2025

TKTA Analitik təhlil şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 21 Dekabr, 2023 - 12:02
TKTA Analitik təhlil şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir

Analitik təhlil şöbəsi

Böyük məsləhətçi

  1. Təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi və proseslərə nəzarət edilməsi istiqamətində işlərin icra edilməsi;
  2. Təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanılmasını və onların təhlili üçün yararlı hala gətirilməsinin həyata keçirilməsi;
  3. Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında şöbənin fəaliyyət istiqamətinə uyğun, yerli kontekst nəzərə alınaraq təkliflərin verilməsi;
  4. Akkreditasiya prosesinin yekununda təhsil müəssisələrinin fəaliyyət və göstəricilərinə dair tematik hesabatların hazırlanması və müvafiq təkliflərin verilməsi;  
  5. Ali təhsil müəssisələrinin (ATM) akkreditasiya prosesinin yekununda  fəaliyyətin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi prosesində iştirak;
  6. Bir sıra strateji sənədlərin və fəaliyyət planlarının hazırlanması, eləcə də icrasına nəzarət edilməsi;
  7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.

 

Tələblər

  1. Tam ali təhsil (İT, kompüter elmləri və oxşar sahələr üzrə);
  2. Minimum 3 il iş təcrübəsi (ali təhsil sahəsində ən az 2 il olmaqla);
  3. MS Office proqram biliyi (beynəlxalq sertifikatların olması arzuolunandır);
  4. “Python”, “R” proqramlaşdırma dilləri və ya Stata statistik alətindən ən az biri üzrə bilik və təcrübə;
  5. Power Bİ və ya Tableau proqramlarından biri üzrə biliklər;
  6. Analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
  7. Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
  8. Texniki ingilis dili biliyi;
  9. Monitorinq və qiymətləndirmə bacarığı.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi 30.12.2023

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 144
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 326
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 89
Elm və təhsil naziri...