Şənbə, 7 İyun, 2025

“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans keçiriləcək


  • Dərc edildi: 10 Yanvar, 2024 - 20:21
“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans keçiriləcək

Region gənclərinin iqlim dialoqunun bir hissəsi olmağının vaxtıdır!

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən irəli gələn vəzifələrin həlli məqsədilə yanvarın 29-dan fevralın 1-dək “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfransda ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən 70-dən çox yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

BMT-nin Gənclər Ofisindən İqlim üzrə Məşvərət Şurasının rəsmisinin də qatılacağı tədbir “Baku Decides” Gənclər Bəyənatının qəbulu ilə yekunlaşacaq.

Əgər sən də gənclərin iqlim dialoqunda öz səsini duyurmaq və sənədin hazırlanmasında aktiv iştirak etmək istəyirsənsə, yanvarın 21-dək Müşahidə Şurasına (Observation Mission) qatılmağa tələs.

Müşahidə Şurasının üzvləri tədbirdə tam şəkildə iştirak etməli və aktiv dialoqun bir hissəsi olmalıdır. Üzvlər konfransda öz tədqiqat işlərini təqdim etməklə yanaşı, ekspert panelində çıxış edə bilərlər.

Əsas tələblər:

18-29 yaş arası gənclər, gənc alimlər (magistrlər və fəlsəfə doktorları), gənc mütəxəssislər, ekoloji fəallar və ekspertlər və müvafiq sahələrdən olan mütəxəssislər.

İngilis və ya rus dilində sərbəst danışmaq bacarığı.

Qeyd: tədbir ingilis dilində keçiriləcək, rus dilində isə sinxron tərcümə olunacaq.

Qeydiyyat üçün link:

Müraciət et

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 123
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...