Bazar ertəsi, 2 İyun, 2025

“Qayıdış Könüllüləri” Proqramına müraciətlər dəfə açıq elan edilir


  • Dərc edildi: 5 Sentyabr, 2023 - 00:37
“Qayıdış Könüllüləri” Proqramına müraciətlər dəfə açıq elan edilir

Qarabağ gənclərinin nəzərinə! 

“Qayıdış Könüllüləri” Proqramına müraciətləri növbəti dəfə açıq elan edirik! 

 Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

 Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən işğaldan azad edilmiş regionlardan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilər.

 Qeydiyyat linki: https://qayidish.konullu.az

 Son müraciət tarixi: 30 sentyabr 2023-cü il

 Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif könüllü fəaliyyətləri göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

 Qeyd edək ki, "Qayıdış Könüllüləri" Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...