Bazar, 8 İyun, 2025

Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcək


  • Dərc edildi: 22 Fevral, 2023 - 00:09
Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçiriləcəkdir.

Panel müzakirəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri  Gülnar Mirhüseynova, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Hasil Abbasov, Sumqayıt Dövlət Universitetinin Elmi hissə müdiri Samir Orucov və ekspert Vüsal Kərimli çıxış edəcək.

Onlar proqram çərçivəsində Sumqayıt gəncləri ilə “Gələcəyin innovativ peşələri” mövzusunda maraqlı müzakirələr aparacaqlar. Həmçinin təqdimatlar və interaktiv debatlar təşkil olunacaqdır.

Proqramın əsas məqsədi regionlarda innovativ peşələr haqqında məlumatlılığı artırmaqla mövcud imkanlara olan çıxışları göstərməkdir. Tanınmış ekspertlər və simaların iştirakı ilə yeni həllər, imkan və fürsətlərlə bağlı sizin görüşünüzə tələsirik!

Sumqayıt, Sumqayıt Dövlət Universiteti
28.02.23, 14:30
Qeydiyyat linki: https://lnkd.in/e8brtG8c

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 154
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 334
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 91
Elm və təhsil naziri...