Pərakəndə satış departamentinin Rəqəmsal satış şöbəsində kiçik mütəxəssis/mütəxəssis
“Kapital Bank” ASC namizədləri Pərakəndə satış departamentinin Rəqəmsal satış şöbəsində kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
· Bank sahəsində yeni ideya və texnologiyaları araşdırmaq və təkliflər formalaşdırmaq;
· Ölkə daxili və xarici bazarları araşdırmaq və dayanıqlı rəqəmsal məhsullar üzrə
· təkliflər hazırlamaq;
· Satış və xidmət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq;
· Yeni satış texnikalarını və kanallarını formalaşdırmaq;
· Təklif və istəklərin toplanaraq aidiyyəti strukturlarla müzakirə etmək və s.
Tələblər
· Ali təhsil;
· Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
· Microsoft Office proqramları üzrə biliklər;
· Məsuliyyətlilik, dəqiqlik və operativlik;
· Təzyiq altında işləmə qabiliyyəti;
· Təqdimat bacarıqları;
· Qərar qəbuletmə bacarığı;
· Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb