Araz Supermarket Şəbəkələrinin PEPCO departamentində Stoka nəzarət mütəxəssis vakansiyası üzrə işə qəbul elan edilir!
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri (İngilis dili arzuolunandır) ;
- MS Office bilikləri;
- Surətli mənimsəmə qabiliyyəti, sərbəst və kollektiv ilə çalışma bacarığı, məsuliyyətli və işgüzar;
Görəcəyi işlər:
-Tədarükçülərə təyin olunmuş stok-günə əsasən hesablanmış ehtiyacları sifariş halında təqdim etmək və sifarişin təmin olunmasını təşkil etmək.
-Mal qəbulu prosesinin resurslara uyğun səmərəli idarə edilməsini və iş yükünün iş günlərinə görə proporsional bölüşdürülməsini həyatə keçirmək.
-Mal qəbulu prosesinin proqram təminatı vasitəsilə idarə edilməsini həyata keçirmək,prosesin fasiləsizliyi pozulduğu zaman müvafiq struktur bölmələrdən dəstək alaraq prosesin davamlılığını təmin etmək.
-Tədarükçülərin şirkətin çatdırılma zamani təyin olunmuş qaydalarına əməl etmələrini təmin etmək.
-Tədarükçünün məhsulları təyinat nöqtəsinə cədvələ əsasən çatdırıb-çatdırmadığına nəzarət etmək və yaranan problemlərin həll yolunu tapmaq.
Təminatlar:
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-5 günlük iş qrafiki;
-Servis xidməti mövcuddur:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər "Stoka nəzarət üzrə mütəxəssis" adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb