Şənbə, 7 İyun, 2025

Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"


  • Dərc edildi: 15 Dekabr, 2022 - 10:45
Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"

Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası" - Digital Media

Dəyərli həmkarlar!

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) yeni layihəsini təqdim edir.

Yaradıcılığında idman mövzusuna üstünlük verən, ingilis dilini yaxşı bilən reportyorlarımızın beynəlxalq təcrübəyə yiyələnmələri və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələri məqsədilə mübadilə proqramlarına start veririk.

Bu sahədə dünya öncülləri sırasında yer tutan Pakistan İdman Yazarları Federasiyası (PSWF) ilə birgə 20-24 dekabr tarixlərində ZOOM platforması �

�zərindən müasir dövrün tələblərinə uyğun "Rəqəmsal İdman Jurnalistikası" (Digital Sport Journalism) mövzusunda ödənişsiz təlim-seminar keçirəcəyik. Qardaş ölkənin nüfuzlu media qurumlarının peşəkarları, həmçinin AIPS prezidenti Canni Merlo iştirakçılarla öz bilik və təcrübələrini bölüşəcəklər. Yekunda onlayn təlimlərdə fəallığı ilə fərqlənən 4 nəfər ölkənin aparıcı media qurumlarında 5 günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla Pakistan paytaxtı İslamabada göndəriləcəklər.

Təlimdə iştirak üçün https://forms.gle/mjEZqxD4hvRjTGEt5 ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz.

 Əlaqə: Nərgiz Mahmudzadə - [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 112
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...