Bazar ertəsi, 21 İyul, 2025

Qatar maşinisti olmaq istəyən xanımlar üçün yeni fürsət


  • Dərc edildi: 8 Dekabr, 2023 - 11:15
Qatar maşinisti olmaq istəyən xanımlar üçün yeni fürsət

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlar yeni fürsət imkanı yaradır.

"APA-Economics"in "Bakı Metropliteni" QSC-yə istinadən xəbərinə görə, xanımların bu sahədə uğur qazanmasının mümkünlüyünü, onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək üçün metropolitenin Təlim-tədris mərkəzində açıq qapı günü keçirəcək.

Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların suallarını cavablandıracaq.

Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.

Qeydiyyat üçün (012) 4900101 (daxili – 17-29) stasionar, (050) 2781811 mobil rabitəsindən, eləcə də [email protected] elektron poçt ünvanı ilə müraciət etmək mümkündür.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3795
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2183
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...