Cümə axşamı, 24 İyul, 2025

Elektron sənəd qəbulunun müddəti uzadıldı


  • Dərc edildi: 20 Dekabr, 2023 - 18:05
Elektron sənəd qəbulunun müddəti uzadıldı

Elektron sənəd qəbulunun müddəti uzadıldı

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti 26 dekabr tarixinə qədər uzadılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər 26 dekabr saat 11:00-dək https://lnkd.in/d2XUfEXN linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, ötən müsabiqədə iştirak etmiş şəxslər yenidən müraciət edə bilərlər. Belə ki, həmin şəxslərin elektron sənədlərinin statusu ilkin mərhələyə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Namizədlərin hazırda məktəbəqədər təhsil müəssisəsində çalışması şərt deyil.

Namizədlərin hər birinə uğurlar arzulayırıq!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 144
Azərbaycan Texnologi...
SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 273
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 127
BSU regionlardan qəb...