Cümə axşamı, 4 Sentyabr, 2025

"İdarəetmədə çeviklik modeli" ilə bağlı əyani formada ödənişsiz seminar keçiriləcək


  • Dərc edildi: 25 Fevral, 2023 - 19:07
"İdarəetmədə çeviklik modeli" ilə bağlı əyani formada ödənişsiz seminar keçiriləcək

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "İşgüzar söhbətlər" layihəsi çərçivəsində Fevral ayının 27-i ödənişsiz "İdarəetmədə çeviklik modeli" ilə bağlı əyani formada seminar keçiriləcək.

Seminara qoşularaq idarəetmədə çeviklik modelinin nə olduğu və bu metodun necə işləməsi barədə məlumat əldə edəcəksiniz.

Spiker qismində Dövlət Agentliyinin Mərkəzi Karyera filialının Sənədlərlə iş və inzibati şöbəsinin müdiri Əzizbikə Abdullayeva və Layihələr və monitorinq şöbəsinin aparıcı mütəxəssisi Ülviyyə Rüstəmli çıxış edəcək.

Tədbir Bakı şəhəri, Məsud Əlizadə küçəsi 135-də (Bakı Regional Məşğulluq filialının inzibati binası), saat 19:00-da keçiriləcək.

Tədbirdə iştirak üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
https://lnkd.in/e8RmmEVK

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1124
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8127
Sumqayıt Dövlət Univ...