Bazar, 8 İyun, 2025

İnnovasiyalar üzrə koordinator vəzifəsi


  • Dərc edildi: 1 Dekabr, 2022 - 13:10
İnnovasiyalar üzrə koordinator vəzifəsi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi innovasiyalar üzrə koordinator vəzifəsinə vakant yer elan edir.

Vəzifə öhdəlikləri:

• İdarənin innovasiya və yeni texnologiyalar üzrə ehtiyaclarını müəyyən etmək;
• İnnovasiya imkanlarının axtarılması və İdarədə tətbiqi mexanizmini yaratmaq;
• İnnovasiya fəaliyyəti üzrə fəaliyyət planı hazırlamaq;
• İdarənin ehtiyaclarına uyğun innovasiya təşəbbüsləri barədə tərəfdaşlarla müzakirələr aparmaq və təkliflərlə çıxış etmək;
• Startapların axtarışını, qiymətləndirilməsini həyata keçirmək və onlarla layihələr barədə danışıqlar aparmaq;
• İnnovasiya və yeni texnologiyalar ilə bağlı təşəbbüslərdən faydalanmaq məqsədilə şəbəkələr qurmaq;
• Yeni ideyalar və potensial tərəfdaşlıq imkanlarını araşdırmaq və təkliflər hazırlamaq;
• Yerli və beynəlxalq innovasiya mütəxəssisləri ilə əlaqələr yaratmaq və görüşlər təşkil etmək;
• İdarənin innovasiya fəaliyyəti üzrə məlumat bazasını yaratmaq və fəaliyyətlərin i

crasına gündəlik nəzarəti təmin etmək;
• İnnovasiya və yeni texnologiyalar üzrə rəhbərliyə təqdimatlar hazırlamaq;
• İnnovasiyalar ilə bağlı təlim və tədbirlər təşkil etmək

Tələblər:

• İş təcrübəsi: müvafiq sahə üzrə 3 ildən az olmayaraq;
• Kompüter bilikləri: Ms Windows sistemi, Microsoft Office proqramları, İnternet brauzer proqramlarından mükəmməl istifadə;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilərində mükəmməl şifahi və yazılı ünsiyyət;
• Yaş: 22-35;
• Seçim zamanı ən son innovasiya və texnologiyadakı tendensiyalar, biznes layihələrinin idarə edilməsində təcrübə, güclü analitik və onlayn alətlər və məlumat bazası ilə işləmə bacarığı olan namizədlərə üstünlük veriləcəkdir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İnnovasiyalar üzrə koordinator” şəklində göstərilməsi xahiş edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...