Şirkət: “AzəriMed“ QSC
Vakansiya: Təlim və İnkişaf üzrə Mütəxəssis
Tələblər:
• Təhsil: Ali təhsil;
• Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı (İngilis dili üstünlükdür);
• Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
• Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
• Güclü təşkilati bacarıqlara malik olmalı;
• İşgüzar yazışma əsaslarını bilməli;
• Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
• İllik Təlim planını tərtib etmək;
• Şirkətin illik təlim ehtiyaclarını müəyyənləşdirmək;
• Təlim üzrə strategiya hazırlanmaq və icra etmək;
• İşə qəbul olunan yeni əməkdaşlar üçün oriyentasiya planı hazırlanmaq, uyğun olaraq təlimləri təşkil etmək;
• Təlimlərin sistemli şəkildə keçirilməsini təmin etmək;
• Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
• Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq.
İş şəraiti:
• İş qrafiki: Tam iş günü
• Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
• Əmək haqqı: 700 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb