Çərşənbə, 6 Avqust, 2025

“i-Learning Summer School” innovativ öyrənmə proqramına start verilir


  • Dərc edildi: 12 Yanvar, 2023 - 16:08
“i-Learning Summer School” innovativ öyrənmə proqramına start verilir

“i-Learning Summer School” innovativ öyrənmə proqramına start verilir

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “İrəli” İctimai Birliyi və “NEN Group” MMC-nin tərəfdaşlığı ilə “i-Learning Summer School” innovativ öyrənmə proqramına start verilir.

Layihə çərçivəsində komanda işi, zamanın idarə edilməsi, natiqlik, müsahibəyə hazırlıq və karyera planlaması üzrə ümumilikdə 5 istiqamətdə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlim proqramı müddətində əldə olunmuş nəticələr gənclərin fərdi karyera inkişaf planının hazırlanması və təkmilləşdirilməsinə təkan verəcək.

Layihənin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin gələcək fəaliyyətində və karyerasında atacağı ilk addımlara təkan vermək, habelə nəzəriyyə və praktikanın vəhdət şəkilində olmaqla, qeyri-formal təhsil metodlarından istifadə etməklə bilik və bacarıqların interaktiv formatda tələbələrə aşılanmasından ibarətdir.

“i-Learning Summer School” innovativ öyrənmə proqramı layihəsinin rəhbəri Nəbi İskəndərovdur. Layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihədə iştirak etmək istəyən 18-25 yaş aralığında, təşəbbüskar, özünü inkişafa meyilli, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3GDGkfE 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5813
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1084
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 394
“İnnovativ məktəb” l...