Çərşənbə axşamı, 22 İyul, 2025

"Səyyar kofe evləri - regionlarda" layihəsinə start verildi


  • Dərc edildi: 6 Dekabr, 2024 - 03:16
"Səyyar kofe evləri - regionlarda" layihəsinə start verildi

"Səyyar kofe evləri - regionlarda" layihəsinə start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Səyyar kofe evləri” layihəsi bu dəfə regionlarda icra olunacaq.

 

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən və 21-35 yaş aralığında olan 15 nəfər işsiz şəxsə kofe satışının təşkili üçün zəruri aktivlər təqdim ediləcək. Layihə Göygöl, Quba, Qəbələ, Şəki, Şəmkir, İsmayıllı, Şamaxı, Laçın rayonlarını, Gəncə və Şuşa şəhərlərini əhatə edəcək.

 

Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara, faktiki yaşadığı şəhər və ya rayonda çalışmaq istəyənlərə və "Məşğulluq haqqında" Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.

 

Layihəyə müraciət etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

https://survey.sosial.gov.az/index.php/865944

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4039
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2369
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 209
Bu gündən tələbələri...