Çərşənbə, 23 İyul, 2025

“AzTU-Turkish Aerospace, MGP 2023” proqramı ( AzTU tələbələri üçün ödənişsizdir)


  • Dərc edildi: 28 Oktyabr, 2022 - 23:05
“AzTU-Turkish Aerospace, MGP 2023” proqramı ( AzTU tələbələri üçün ödənişsizdir)

Azərbaycan Texniki Universitetinin (AzTU) Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə əməkdaşlığı çərçivəsində “AzTU-Turkish Aerospace, MGP 2023” proqramına dinləyici qəbulu elan edilir.

Proqramda AzTU-nun qeydiyyat formasında göstərilən mühəndislik ixtisasları üzrə 4-cü kurs bakalavriat, 1-ci və 2-ci kurs magistratura və doktorantura səviyyələrində təhsil alan akademik göstəriciləri yüksək olan tələbələr iştirak edə bilərlər. 

Namizədlər, həmçinin 31 oktyabr 2022-ci il tarixində proqram hazırlıqları çərçivəsində “AzTU-TUSAŞ əməkdaşlıq: Mühendis Geliştirme Proqramı 2023” mövzusunda tanıtım təqdimatına və "Açıq qapı"ya dəvət olunurlar.   

Dinləyicilərin yekun seçim imtahanı 4 noyabr 2022-ci il tarixində təşkil olunacaq.

Yekun imtahanın nəticələrinə əsasən, dinləyici statusu qazanan bakalavr və magistr tələbələrin təcrübə kreditləri proqramda iştirakla əvəzlənəcək. Həmçinin diplom işlərinin proqramın məzmunu ilə uyğunlaşdırılması üçün müvafiq tövsiyələr veriləcək. 

Proqram 13.02.2023 -16.06.2023-cü il tarixlərində 4 ay müddətində davam edəcək. 

Proqramda iştirakçıların say həddi 48 nəfərdir.

Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikat təqdim olunacaq.  

Proqramda iştirak AzTU tələbələri üçün ödənişsizdir. 

Qeydiyyat üçün keçid

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 172
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 101
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4357
Sumqayıt Dövlət Univ...