Çərşənbə, 6 Avqust, 2025

Mühasiblərin Karyera Forumu keçirilir!


  • Dərc edildi: 20 Yanvar, 2025 - 15:30
Mühasiblərin Karyera Forumu keçirilir!

Lənkəran və Bakı gənclərinin nəzərinə!

Mühasiblərin Karyera Forumu keçirilir!

 

 Gənc mühasibləri karyera inkişafı sahəsində bir addım daha irəliləməyə dəvət edirik! Mühasiblərin Karyera Forumu – Gənc Mühasiblər İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi “Peşəkar Mühasibliyə doğru!” layihəsi çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin, işəgötürənlərin, həmçinin müxtəlif layihələr vasitəsilə əməkdaşlıq etdiyimiz təşkilatların iştirak edəcəyi, karyera imkanları və peşəkar inkişaf mövzusunda əvəzsiz fürsət təqdim edəcək bir tədbirdir. Bu tədbirdə təşkilati dəstək göstərən əsas tərəfdaşımız Dövlət Məşğulluq Agentliyidir. Bu Forum Gənc mühasiblərin peşəkar inkişafını dəstəkləmək və onlara müxtəlif iş imkanları barədə məlumat vermək məqsədi daşıyır. Karyera Forumu, həmçinin gənc mühasibləri tanımaq, onların bacarıqlarını nümayiş etdirmək və potensial işəgötürənlərlə əlaqə yaratmaq üçün əla bir fürsət olacaq. Peşəkar mütəxəssislər tərəfindən keçirilən maarifləndirmə sessiyaları, iştirakçılara sahənin ən son tendensiyaları və yeni iş metodları barədə geniş biliklər qazandıracaq. Bu tədbir, gənc mühasiblərin karyeralarını uğurla qurmaq üçün vacib addımlar atmalarına kömək edəcək. 

 Karyera Forumu, gənc mühasiblər üçün karyera yolunda uğur qazanmaq üçün əvəzsiz bir şansdır! 

Tədbirə qatılmaq və iş imkanları barədə daha ətraflı məlumat əldə etmək üçün dərhal qeydiyyatdan keçin. 

Tədbirin tarixi və yeri: Lənkəran şəhəri, 24 yanvar 2025-ci il 

Qeydiyyat üçün: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSc1cbweg3IUYcbkHeyzB4KNIzw5wf5fG8qXxWTFbDIGo_74dg/viewform?usp=pp_url 

Peşəkar mühasiblik üçün bu fürsəti qaçırmayın!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5839
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1102
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 402
“İnnovativ məktəb” l...