Cümə axşamı, 7 Avqust, 2025

Marketinq şöbəsində aparıcı mütəxəssis vakansiyası


  • Dərc edildi: 14 Noyabr, 2022 - 12:19
Marketinq şöbəsində aparıcı mütəxəssis vakansiyası

"Bakı Telefon Rabitəsi" MMC Kommersiya departamenti, Marketinq şöbəsində aparıcı mütəxəssis vakansiyası elan edir!

İş barədə məlumat:

- Uzunmüddətli strategiya, büdcə planlaması və marketinq planının yaradılması prosesində iştirak etmək;
- Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək;
- Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək;
- Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək;
- Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək;
- Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaqi;
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq;
- İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək;


Tələblər:

- Ali təhsil;
- Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan, Rus və ingilis dili biliyi;
- Vaxtın düzgün idarə olunması bacarığı;
- Analiz və təhlil bacarığı;
- Təşəbbüskarlıq və yaradıcılıq;


Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Marketinq şöbəsi, aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5897
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1130
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 413
“İnnovativ məktəb” l...