Daxili auditor vakansiyası elan edirik.
Tələblər:
- Ali təhsil (maliyyə və ya iqtisadiyyat sahəsində);
- Bank sistemində xüsusən hesablaşma, kartlar, daxili audit və risk menecment sahələrinin birində ən azı 1 (bir) il iş təcrübəsinin olması;
- Ofis proqramları ilə sərbəst işləmək bacarığı, xüsusən MS Excel;
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq;
- Düzgün kommunikasiya qurmaq bacarığı, komanda işi ilə yanaşı müstəqil iş aparmaq bacarığı. Detallara diqqətli və araşdırma bacarığına malik. Öz üzərində işləmək və professional təlimlərə qoşulmaq istəyinin olması.
Arzu olunan təcrübə və bilik:
- Prosessinq fəaliyyətinə aid biliklərin olması;
- Daxili Auditorlar İnstitutunda üzvlük və daxili audit sahəsində professional sertifikasiya proqramlarına başlaması: CIA, CISA;
- Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının əsasları barədə ilkin biliklər və müvafiq sertifikatların olması (ACCA F1, F2, F3; ACCA DipIFR);
- Biznes proseslərin qrafik təsvirini müvafiq proqramlarda hazırlamaq bacarığı: MS Visio, Bizagi
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb