Cümə, 18 İyul, 2025

ABBBiznes-proseslərin optimallaşdırılması şöbəsinə vakansiya elan edir


  • Dərc edildi: 10 Noyabr, 2021 - 06:56
ABBBiznes-proseslərin optimallaşdırılması şöbəsinə vakansiya elan edir

ABBBiznes-proseslərin optimallaşdırılması şöbəsinə vakansiya elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər: · Biznes və dəstəkləyici proseslər (mövcud və yeni) üzrə qrafik təsvirləri hazırlamaq; · Bankın biznes və dəstəkləyici proseslərini mütəmadi olaraq təhlil etmək, optimalllaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflər hazırlamaq; · Biznes və dəstəkləyici proseslər üzrə kənarlaşmanın aradan qaldırılması fəaliyyətində iştirak etmək; · Dəyişdirilən və ya yeni yaradılan biznes proseslər üzrə təlim materiallarının hazırlanması; · Biznes və dəstəkləyici proseslərlə bağlı daxili normativ sənəd layihələrini müstəqil və ya aidiyyəti struktur bölmələrlə birlikdə hazırlamaq; · Şöbəyə aid inzibati işlərin aparılmasında iştirak etmək, Departamentin rəhbərliyinin tapşırıqları əsasında departamentin və şöbənin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra etmək.   Bizim üçün uyğun namizəd: · Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramlarında ( Xüsusilə MC Power Point, MC Visio) işləmək bacarığı olan;
  • Bank kredit və qeyri-kredit məhsullarını yaxşı tanıyan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Təqdimetmə bacarığlı olan;
  • Layihələrin idarə edilməsi üzrə təcrübəli;
· Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
  Göstərilən tələblərə cavab verən namizədlər [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes-proseslərin optimallaşdırılması şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq Əlavə məlumat üçün: www.abb-bank.az  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 234
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 158
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 469
Bağçada tərbiyəçi-mü...