Çərşənbə axşamı, 29 İyul, 2025

ABB İnzibati binalara xidmət şöbəsinə elektrik vakansiyası elan edir


  • Dərc edildi: 19 Avqust, 2021 - 06:04
ABB İnzibati binalara xidmət şöbəsinə elektrik vakansiyası elan edir

ABB İnzibati binalara xidmət şöbəsinə elektrik vakansiyası elan edir. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
  Görəcəyiniz işlər:
  • Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
  • İdarə olunan və olunmayan işıqlanma cihazlarının (lampaların) dəyişdirilməsi,tələb olunan halda təmiri;
  • Bütün gördüyü işlər haqqında qeydlərin aparılması və hesabatın hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Bizim üçün uyğun namizəd:
  • Ali və ya orta ixtisas təhsilli (Elektrik),
  • Sahə üzrə 3 ildən artıq iş təcrübəsi olan;
  • Aşağıda qeyd edilmiş sistem və avadanlıqlara biliklərə sahib olan:
  • 10 kV-luq Transformator Məntəqəsinin 0,4 Kv tərəfinə texniki qulluq (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir.)
  • Avtomatik rejimli dizel generatorlar
  • Qazanxana avadanlıqları,soyutma CHİLLER,VRV,kondisionerlər
  • İnvertorlu mühərriklər
  • Gərginlik tənzimləyiciləri(Gərginlik stabilizatorları)
  • UPS sistemləri
  • Kontaktor,rele,avtomat və s cihazlar
  • Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS)
  • Yanğın söndürmə sistemləri
  • Elektrik sxemlərinin oxunması
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 240
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 842
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 701
Azərbaycan Texnologi...