Bazar ertəsi, 21 İyul, 2025

Ağdaş rəssamları ilə onlayn görüş keçiriləcək


  • Dərc edildi: 22 İyun, 2021 - 10:36
Ağdaş rəssamları ilə onlayn görüş keçiriləcək

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlar ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə növbəti onlayn görüş təşkil olunacaq. AZƏRTACxəbər verir ki, Ağdaş rəssamlarının qatılacağı görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə reallaşacaq. Görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir. Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlıq işinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulur. “Zoom” proqramı vasitəsilə baş tutacaq görüşdə iştirak etmək üçün Ağdaş rəssamlarının öz bioqrafiyalarını, əlaqə nömrələrini, əvvəlki təcrübələri və cari fəaliyyətləri haqqında məlumatları[email protected]elektron-poçt ünvanına göndərmələri xahiş edilir. Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3883
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2230
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 203
Bu gündən tələbələri...