Cümə, 18 İyul, 2025

AGMA bu dəfə Yardımlı gənc müəllimləri ilə görüşə gəldi


  • Dərc edildi: 25 Noyabr, 2021 - 16:42
AGMA bu dəfə Yardımlı gənc müəllimləri ilə görüşə gəldi

AGMA bu dəfə Yardımlı gənc müəllimləri ilə görüşə gəldi. Region görüşlərinin növbəti silsiləsi Yardımlının gənc müəllimləriylə oldu. Görüş Yardımlı şəhər 4 nömrəli tam orta məktəbdə gənc müəllimlərin, Yardımlı Rayon Təhsil Şöbəsi metodkabinetin direktoru Təbiət Səlifov, Yardımlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru Miralim Səmədov, AGMA-nın Yardımlı rayon koordinatoru Fərman Mustafayev və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin iştirakı ilə baş tutdu. AGMA-nın sədri R.Əsədzadə Yardımlı gənc müəllimlərinə AGMA haqqında məlumat verib müəllimlərin suallarına cavab verdi. Sonda gənc müəllimlərə fəaliyyətlərində yardımçı olmaq məqsədilə "Yaradıcı müəllim necə olmalıdır?" sualına cavab olacaq təlim keçdi. Görüşün təşkili üçün Yardımlı rayon koordinatoru Fərman Mustafayeva, göstərdiyi dəstəyə görə Yardımlı Rayon Təhsil Şöbəsinə, belə səmimi ortamı yaratdıqları üçün gənc müəllimlərə təşəkkürümüzü bildiririk. Media tərəfdaşımızEdumap.aztəhsil portalıdır. The Ministry of Education of the Republic of Azerbaijan Kapital Bank

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 214
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 157
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 468
Bağçada tərbiyəçi-mü...