Bazar, 8 İyun, 2025

“Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsində “Açıq qapı” günü keçiriləcək


  • Dərc edildi: 19 May, 2022 - 05:45
“Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsində “Açıq qapı” günü keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə ! Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsində “Açıq qapı” günü keçiriləcək. Saloğlu Fərdi Firmasında aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinə yaxınlaşa bilərlər. Mebel ustası Usta köməkçisi Mebel montaj ustası Operator Təsərrüfat işçisi Fəhlə Dərzi Tikişçi Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır. Ağstafa şəhəri, Hüseyn Arif küçəsi (Ağstafa Gənclər Evi, Heydər Əliyev adına mədəni istirahət parkının ərazisi) 26 may, 2022 11:00 – 16:00

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 133
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 306
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...