Cümə axşamı, 24 İyul, 2025

“Ailə planlaması, istənməyən hamiləliklər, hamiləlik sonrası depressiya” təlimi


  • Dərc edildi: 19 Noyabr, 2021 - 06:06
“Ailə planlaması, istənməyən hamiləliklər, hamiləlik sonrası depressiya” təlimi

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təlimçisi Aysel Bəyişova 22-25 noyabr tarixlərində hər biri 3 saat olmaqla 4 günlük “Ailə planlaması, istənməyən hamiləliklər, hamiləlik sonrası depressiya” mövzusunda təlim keçəcək. Təlim zamanı ailə planlamasının zəruriliyi, istənməyən hamiləlikdən qorunmağın üsulları haqqında danışılacaq. Bununla yanaşı hamiləlik sonrası depressiya və bu depressiyadan çıxış yolları haqqında məlumat veriləcək. Təlimdə gənc sosial işçilər, psixoloqlar, tələbələr və gənc analar iştirak edə bilər. Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlim iştirakçıları sertifikat ilə təltif ediləcək. Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir. Əlaqə telefonu:+994556466986 Qeydiyyat linki:https://l24.im/oMiSX5J

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 97
Azərbaycan Texnologi...
SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 262
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 123
BSU regionlardan qəb...