Bazar ertəsi, 2 İyun, 2025

“Alo Karyera” dəstək xidmətinə müraciət edən 472 nəfərə 817 konsultasiya keçirilib


  • Dərc edildi: 7 Sentyabr, 2021 - 12:13
“Alo Karyera” dəstək xidmətinə müraciət edən 472 nəfərə 817 konsultasiya keçirilib

“Alo Karyera” dəstək xidmətinə müraciət edən 472 nəfərə 817 konsultasiya keçirilib   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün başlatdığı “Alo Karyera” dəstək xidmətinə 472 nəfər müraciət edib. Həmin şəxslərə müxtəlif mövzular üzrə 817 konsultasiya keçirilib.   Təşkil olunan konsultasiyalar öz potensialını üzə çıxarma, əmək bazarının araşdırılması, karyera məqsədlərinin təyin olunması, iş axtarışı alətləri, CV və istək məktubunun hazırlanması, iş müsahibəsinə hazırlıq, peşə və ixtisas seçimləri mövzularını əhatə edib.   Müraciət edənlər arasında bakalav

rlar, magistrlar, tam orta təhsilli şəxslər və doktorantlar, üstünlük təşkil edib. Dəstək xidməti göstərilən şəxslərdən bəziləri işə qəbul edilib, bəziləri isə istədikləri sahələr üzrə təcrübə keçmək şansı qazanıblar.   Qeyd edək ki, “Alo Karyera” dəstək xidmətinin məqsədi işsiz və işaxtaran şəxslərə operativ şəkildə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsidir.   Xidmətdən yararlanmaq üçün vətəndaşlarhttps://www.dma.gov.az/layiheler/alo-karyeralinkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılır, görüş üçün vaxt təyin edilir və onlayn formada dəstək göstərilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 19
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 86
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 141
Lisey və gimnaziyala...