Cümə, 18 İyul, 2025

“Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək


  • Dərc edildi: 10 Sentyabr, 2021 - 10:50
“Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək

27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr “Anım Günü”nə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi keçiriləcək. Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaqdır. Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə [email protected] ünvanına göndərə bilərlər. Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək. Ətraflı məlumat: +994 77 717 33 37

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 0
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 343
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 159
Bu gündən tələbələri...