Bazar ertəsi, 21 İyul, 2025

“Auditor” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 10 Yanvar, 2022 - 15:26
“Auditor” vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC Daxili Audit Departamentinə “Auditor” vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  

  • Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
  • Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departament və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
  • Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
  • Əməliyyat proseslərinin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
  Namizədə qarşı tələblər:
  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Bankda əməliyyat sahəsi üzrə minimum bir illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • Excel proqramında işləmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
  • Sürücülük vəsiqəsinin olması arzuolunandır.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Auditor” şəklində qeyd etməklə 21 yanvar 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. _______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3731
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2135
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...