Cümə, 18 İyul, 2025

“Avtobusda kitab oxu” adlı sosial aksiya və flaşmob


  • Dərc edildi: 15 Sentyabr, 2021 - 09:34
“Avtobusda kitab oxu” adlı sosial aksiya və flaşmob

“Avtobusda kitab oxu” adlı sosial aksiya və flaşmob Sabunçu Gənclər Evi və Bakı Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “Avtobusda kitab oxu” adlı flaşmob formatında sosial aksiya keçirilib. 15 sentyabr “Bilik günü” ilə əlaqədar keçirilən aksiya-flaşmobda Sabunçu Gənclər Evinin könüllüləri iştirak edib.   “Avtobusda kitab oxu” adlı sosial aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində itirilən zamanın səmərəli dəyərləndirilməsi olub. “Avtobusda kitab oxu” adlı sosial aksiya çərçivəsində avtobus və avtobus dayanacaqlarında Sabunçu Gənclər Evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb. Gənclərimiz həmçinin yol boyu sosial mesaj ötürmək məqsədi ilə kitab oxumaqla yanaşı mobil telefonlardan istifadə ediblər.   Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 178
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 156
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 457
Bağçada tərbiyəçi-mü...