Avtomobil üzrə Satış Meneceri vakansiyası
-
-
Dərc edildi: 20 Avqust, 2025 - 18:28
Avtomobil üzrə Satış Meneceri vakansiyası
Vəzifə öhdəlikləri:
- Şirkətin satış strategiyasını formalaşdırmaq və rəhbərliklə birlikdə satış planlarını müəyyənləşdirmək;
- Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, motivasiya etmək və onların peşəkar inkişafını təmin etmək;
- Aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Müştəri bazasının genişləndirilməsi və əsas müştərilərlə uzunmüddətli münasibətlərin qurulmasını təmin etmək;
- Satış proseslərinin effektivliyini artırmaq üçün yeni metod və alətlər tətbiq etmək;
- Avtomobil modellərinin, komplektasiyaların, əlavə xidmətlərin (leasing, kredit, sığorta, servis paketləri) satışına nəzarət etmək;
- Satış sonrası müştəri məmnuniyyətini izləmək və təkmilləşdirici tədbirlər görmək;
- Satış hesabatlarını hazırlamaq, təhlillər aparmaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Rəqib bazarını, qiymət siyasətini və bazar trendlərini izləyərək şirkət üçün yeni imkanlar müəyyənləşdirmək;
- Marketinq şöbəsi ilə birlikdə kampaniyaların və satış təşviqedici tədbirlərin həyata keçirilməsinə dəstək olmaq;
- Satış zalının təqdimat standartlarına və brend imicinə nəzarət etmək;
- Banklar və maliyyə tərəfdaşları ilə əməkdaşlıq edərək müştərilərə optimal maliyyələşdirmə imkanlarını təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil (biznes, marketinq və ya müvafiq sahə üzrə üstünlükdür)
- Satış Meneceri kimi minimum 2–3 il iş təcrübəsi (Avtomobil sektorunda olması mütləqdir)
- Azərbaycan və rus dillərində səlis ünsiyyət bacarığı (ingilis dili üstünlükdür)
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
- Aktiv, təşəbbüskar, nəticəyönümlü və müştəriyönümlü yanaşma
- Komandada işləmə bacarığı və yüksək məsuliyyət hissi
- MS Office proqramlarında və CRM sistemlərində sərbəst işləmə bacarığı
İş haqqında:
- İş yeri: Toyota Abşeron Mərkəzi, Bakı-Sumqayıt şösesi 6 km
- İş qrafiki: 09:00-18:00
Tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.