Çərşənbə, 4 İyun, 2025

Azərbaycan Maarifçilər Assosiasiyasının “Maarifçi Təlim və Konsultasiya Mərkəzi” fəaliyyətə başladı


  • Dərc edildi: 18 Yanvar, 2022 - 15:41
Azərbaycan Maarifçilər Assosiasiyasının “Maarifçi Təlim və Konsultasiya Mərkəzi” fəaliyyətə başladı

Azərbaycan Maarifçilər Assosiasiyasının “Maarifçi Təlim və Konsultasiya Mərkəzi” fəaliyyətə başladı   Əbül Fərəc demişdir ki, “daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz”. 2017-ci ildən fəaliyyət göstərən və 5000-dən çox müdavimə əyani və məsafədən təlim verən "Layihə İdarəçilik Akademiyası" fəaliyyətini bundan sonra "Maarifçi Təlim və Konsultasiya Mərkəzi" olaraq davam etdirəcək. Mərkəz 5 il ərzində 43 layihə yazılışı təlim qrupu, 5 Təhsil Təlimçillik Məktəbi təlimi və 100-lərlə Vətəndə və xaricdə yaşayan şəxsiyyətlərlə seminar, vebinarlar təşkil edib. Mərkəz yaxın günlərdə ölkənin ən peşəkar, ən bacarıqlı, ən yaxşı maarifləndirən mütəxəssislərinin təlim və kons

ultasiyalarına başlayacaq.   “Maarifçi Təlim və Konsultasiya Mərkəzi” 5 il ərzində maarifçilərin dəstəyi ilə böyüyərək hər zamankı keyfiyyət və yeni ad ilə Azərbaycan maarifçilərinə xidmət etməyə davam edəcək. Mərkəz “Sevgi ilə maarifləndiririk” devizinə sadiq qalaraq daha çox maarifçiyə daha keyfiyyətli xidmət etməyi qarşısına məqsəd qoyur.   Maarifçi Təlim və Konsultasiya Mərkəzini aşağıdakı sosial media hesablarından izləyə bilərsiniz: Facebook: www.facebook.com/MaarifciTKM/ İnstagram: www.instagram.com/MaarifciTKM/ Telegram: https://t.me/maarifciTKM Əlaqə nömrəsi: +99477 544 60 80 Email: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 218
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...