Cümə axşamı, 4 Sentyabr, 2025

Azərbaycan Mühəndislər Birliyi könüllü qəbulunu açıq elan edir!


  • Dərc edildi: 10 Avqust, 2021 - 09:58
Azərbaycan Mühəndislər Birliyi könüllü qəbulunu açıq elan edir!

Azərbaycan Mühəndislər Birliyi 2021-2022 mövsümü üçün yeni yaradılmış 3 departament üzrə könüllü qəbulunu açıq elan edir! Şəxsi bacarıqlarınızı inkişaf etdirmək, təcrübə qazanmaq, peşəkar mühəndislərlə diskussiyada olaraq bilik mübadiləsi aparmaq, qısacası öz bilik və bacarıqlarınıza investisiya etmək istəyirsinizsə, bu fürsəti əldən verməyin! Könüllülük proqramı gedişində əldə edə biləcəyiniz üstünlüklər: -Tövsiyə məktubu - Azərbaycan Mühəndislər Birliyinin ödənişli tədbirlərində güzəştlərin əldə edilməsi - Fəaliyyəti üzrə Sertifikat - Departament Rəhbərləri tərəfindən Mentorluq İxtisas və ya maraq dairənizə uyğun olan departamentlərə müraciətlərinizi gözləyirik: -Ekologiya -Aviasiya -Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi Könüllülük proqramına müraciət üçün tələblər: -Bakalavr 2-3-4cü kurs tələbəsi və ya Magistr 1-ci kurs olmalı - İngilis dili (Pre-İntermediate və daha yuxarı səviyyə), Rus dili arzuolunandır Qeyd edək ki, könüllülük proqramı online şəkildə həyata keçiriləcəkdir. Son müraciət tarixi: 25.08.2021 Qeydiyyat linki https://lnkd.in/ehayKHgQ

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...