Bazar ertəsi, 28 İyul, 2025

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir


  • Dərc edildi: 2 Mart, 2022 - 05:30
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir!
Loqo dizaynı özündə gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.
Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.
Qalib gəlmiş loqo istənilən tərzdə təbliğat məhsullarında istifadə etməyə uyğun olmalıdır.
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai )
Təkliflər 10 iş günü ərzində (16 marta qədər) [email protected] e-mail ünvanına göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır (çox olduğu halda wetransfer linki ilə). Layihəni təqdim edən şəxs emaildə adını, soyadını, əlaqə nömrəsini qeyd etməlidir.
Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq.
Müsabiqənin qalibinə mükafat təqdim ediləcəkdir.
Məlumat üçün əlaqə telefonu: (012) 465-65-72
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 224
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 821
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 659
Azərbaycan Texnologi...