Cümə axşamı, 4 Sentyabr, 2025

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində vakansiyalar


  • Dərc edildi: 12 İyul, 2025 - 17:27
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində vakansiyalar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə yerləşən mobil bazalarında (Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan Laçın rayonları və Xankəndi şəhəri üzrə) qabyuyan, bağban, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, avtobus sürücüsü vəzifələri və Horadiz regional əməliyyat mərkəzində vulkanizatorçu vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. 

Göstərilən vəzifələrdə çalışacaq işçilərin səmərəli fəaliyyətinə görə rüblük mükafatların verilməsi nəzərdə tutulur. 

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir. 

• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

• şəxsiyyət vəsiqəsinin surəti;

• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

• əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin və baza şəraitində yaşaya biləcək vətəndaşların namizədliyinə üstünlük veriləcək. 

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1125
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8132
Sumqayıt Dövlət Univ...