Çərşənbə, 3 Sentyabr, 2025

Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək


  • Dərc edildi: 19 İyul, 2022 - 13:43
Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarında “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçiriləcək. 

Seminarlar ümumilikdə 11 regionu əhatə edəcək: 

• Şirvan–Salyan: 25–29 iyul

 • Lənkəran–Astara: 25–29 iyul 

• Mil-Muğan: 25–29 iyul 

• Dağlıq Şirvan: 25–29 iyul

 • Quba–Xaçmaz: 25–29 iyul 

• Mərkəzi Aran: 1–5 avqust 

• Gəncə–Daşkəsən: 1–5 avqust

 • Şəki–Zaqatala: 1–5 avqust 

• Qazax–Tovuz: 1–5 avqust 

• Abşeron–Xızı: 1–5 avqust 

• Qarabağ: 1–5 avqust

 Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar veriləcək. Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir. Maarifləndirmə seminarlarında ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri, abituriyentlər, onların valideynləri və müəllimlər iştirak edə bilərlər. İştirak etmək istəyən vətəndaşlar Regional Məşğulluq filiallarına müraciət edə və ya 055-659-28-23 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

_____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1061
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 237
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8039
Sumqayıt Dövlət Univ...