Karyerasına güclü təkan vermək, İT layihələrinin bir parçası olmaq və gələcəyin peşəkarlarına çevrilmək istəyənlər üçün unikal imkan!
Azsoftware yay aylarında həyata keçirdiyi ödənişli təcrübə proqramı ilə Biznes Analitikası və Layihə Menecmenti sahəsində istedadlı namizədləri axtarır.
Kimlər müraciət edə bilər? (Tələblər)
İT sahəsinə marağı və əsas anlayışları olan şəxslər (Layihələr İT mühitində aparıldığı üçün texnologiyanın əsas iş prinsiplərini anlamaq vacibdir)
Analitik düşünmə və problem həll etmə bacarığına sahib olanlar
Təşəbbüskar, öyrənməyə açıq və məsuliyyətli namizədlər
Komanda ilə işləmə və ünsiyyət bacarıqları inkişaf etmiş olanlar
Ali təhsilin son mərhələsində oxuyan tələbələr, magistrantlar və ya yeni məzunlar (İT, Kompüter elmləri, Sistem mühəndisliyi, İqtisadiyyatın İT ilə əlaqəli sahələri kimi texniki yönümlü ixtisaslar üstünlük təşkil edir)
Öyrədiləcək və tətbiq ediləcək sahələr:
Layihə idarəetməsi prinsipləri və metodologiyaları
Biznes analitikası və tələblərin toplanması prosesi
Layihə təhvili və keyfiyyətə nəzarət
İş mühiti və soft skill bacarıqları (prezentasiya, effektiv ünsiyyət, tapşırıq idarəetməsi və s.)
Real İT layihələrində praktiki iştirak imkanı
Təcrübə dövründə təqdim ediləcək imkanlar:
Günlük yeməklə təminat
Gündəlik nəzəri və praktiki təlimlər
Proqram sonunda sertifikat
Uğurlu namizədlərə iş təklifi imkanı
Seçim prosesi necə olacaq?
1️ CV-lərin qiymətləndirilməsi
2️ Müsahibə mərhələsi
3️ Yekun seçim və proqramın başlanğıcı
Müraciət qaydası:
Əgər siz də bu fürsəti dəyərləndirib Azsoftware ailəsinin bir parçası olmaq istəyirsinizsə, aşağıdakı formanı doldurub məlumatlarınızı göndərin:
Biznes Analitikası üzrə Təcrübəçi
və ya
Layihə Menecmenti üzrə Təcrübəçi
Gələcəyinizi bizimlə birlikdə qurun və İT layihələrinin arxa planını yaxından öyrənin!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb