Cümə axşamı, 4 Sentyabr, 2025

Bakı Gənclər Mərkəzi Hərbi təlimlərə start verib


  • Dərc edildi: 15 Oktyabr, 2021 - 07:42
Bakı Gənclər Mərkəzi Hərbi təlimlərə start verib

Bakı Gənclər Mərkəzi Hərbi təlimlərə start verib.   Bu gün ölkəmiz böyük hərbi qüdrətə malikdir. Ordumuzun tərkibi əsasən gənclərdən ibarətdir. Bu üzdən onların fiziki inkişafına, vətənpərvər ruhda tərbiyə olunmasına böyük zəmin yaranır. Bakı Gənclər Mərkəzi gənc nəslin vətənpərvər ruhda tərbiyəsini, onların yüksək biliklərə yiyələnməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə Mərkəz tərəfindən mütəmadi bir sıra silsilə layihələr, tədbirlər və təlimlər həyata keçirilir. Bu səbəblə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə hərbi-vətənpərvərlik mövzusunda təlimlərə başlanıldı. Hərbi müəllim, ictimai xadim, müharibə iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynin rəhbərliyi ilə keçirilən təlimlərdə gənclər, hərbi vətənpərvərlik, milli iradə, silahla davranış, sıra hərəkətləri, topoqrafiya barədə biliklərə yiyələnəcəklər. Hərbi təlimlər gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır. https://youtu.be/GN0EiMJF9Dk

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...