Çərşənbə axşamı, 19 Avqust, 2025

Bakı Metropoliteni Əlaqə mərkəzi mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 19 Avqust, 2025 - 10:06
Bakı Metropoliteni Əlaqə mərkəzi mütəxəssisi vəzifəsi üzrə vakansiya

Əgər insanlarla peşəkar və nəzakətli ünsiyyət qurmağı bacarırsansa, mürəkkəb vəziyyətlərdə düzgün qərarlar verə bilir və komanda daxilində fəal şəkildə işləməyi sevirsənsə, bu iş sənin üçündür!

Biz kimləri axtarırıq?

    20-30 yaşarası namizədlər 

    Orta ixtisas və ya ali təhsil 

    Azərbaycan dilində səlis danışıq və yazı bacarığı

    “MS Office” proqramlarında sərbəst işləmək bacarığı

    Əlaqə mərkəzi proqram təminatı ilə işləmək bacarığı 

    Əlaqə mərkəzi sahəsində təcrübə üstünlükdür

    Rus və ya ingilis dillərindən birini yaxşı səviyyədə bilmək vacibdir

 

Tələb olunan bacarıq və keyfiyyətlər: 

* Yüksək danışıq və dinləmə qabiliyyəti

* Emosional intellekt və səbir

* Nəzakətli və mehriban danışıq tərzi

* Konfliktlərin idarə olunması bacarığı

* Növbəli iş rejimində işləməyə hazır olmaq

* Gərgin və stresli iş şəraitinə uyğunlaşmaq

* Məsuliyyətli, diqqətli və operativ qərarvermə qabiliyyəti

* Komandada işləmə bacarığı

* Məlumatı tez mənimsəmə bacarığı

 

Metropoliten Sizə nə təklif edir?

* Sabit və etibarlı iş mühiti

* Peşəkar komandada inkişaf imkanları

* Rəqabətli əməkhaqqı

* Metropolitendən ödənişsiz istifadə imkanı

* Nahar (güzəştli)

* Sağlamlıq və psixoloji dəstək xidmətləri

Müraciət üçün:

Bakı Metropoliteninin [email protected] e-mail ünvanına mövzu hissəsində "Əlaqə Mərkəzi mütəxəssisi" qeyd etməklə CV göndərin.

 

Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6853
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1690
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 671
“İnnovativ məktəb” l...