Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əmək haqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri
Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları
Seçim prosesi necə aparılır
Müsahibə
Texniki biliklərin yoxlanması
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına “Qatar maşinisti” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.
Müraciət üçün son tarix: 31 avqust 2025
Uğurlar!