Cümə axşamı, 4 Sentyabr, 2025

Bakı Zooloji Parkında könüllülük


  • Dərc edildi: 5 İyun, 2021 - 07:32
Bakı Zooloji Parkında könüllülük

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidənqurma və bərpa işləri aparılan Bakı Zooloji Parkında çalışacaq könüllülərin toplanılmasına başlanılıb.
IDEA İctimai Birliyindən verilən məlumata görə, ziyarətçilərin istiqamətləndirilməsi və marşrutlar barədə məlumatlandırılması, yemlərin hazırlanması, bələdçilik, nizam-intizama və təhlükəsizliyə riayət edilməsinə nəzarət, təlimlərin keçirilməsi, tədbirlərin təşkili və s. istiqamətlərdə fəaliyyət göstərəcək könüllülərin xoşrəftar, ünsiyyətcil, operativ, təşəbbüskar, pozitiv və heyvanlara qarşı qayğıkeş olması əsas meyarlar arasındadır.
Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 18-29 yaş arası gənclər müraciət edə bilər.
Bakı Zooloji Parkında könüllülük fəaliyyətinə qoşulmaq istəyən şəxslər öz CV-lərini 20 iyun tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilər. Əlavə suallar yaranarsa, 012 497 63 16 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...