Çərşənbə, 4 İyun, 2025

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçiriləcək


  • Dərc edildi: 8 İyul, 2021 - 15:48
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçiriləcək

Bakı Dövlət Universiteti (BDU) və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi 9-11-ci siniflərin şagirdlərini Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının seçmə imtahanına dəvət edir. BDU-danAZƏRTAC-a bildiriblər ki, 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası 2021–ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək. Respublikamızı bu yarışda təmsil edəcək iştirakçıların seçilməsi məqsədilə BDU və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ölkə üzrə seçim turunu elan edir. Olimpiadada 9-11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqəyə qeydiyyatwww.olimpiada.edu.az saytında iyul ayının 8-dən 16-dək davam edəcək. Birinci tur virtual formada iyulun 25-də keçiriləcək. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Yekun nəticədə qalib olan məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər. Xatırladaq ki, ölkəmiz bu olimpiadaya 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlar ilə təltif olunublar. Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən bələd olmuş dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...