Vəzifə: Şöbə müdiri
İşin təsviri:
Universitetin beynəlmilləşmə strategiyasını hazırlamaq və həyata keçirmək;
Şöbənin fəaliyyətini təşkil etmək, əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini əlaqələndirmək və icrasına nəzarət etmək;
Şöbənin illik fəaliyyət planı və hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Rəsmi və işgüzar yazışmaların, universitetin beynəlxalq tərəfdaşları ilə danışıqların aparılmasında iştirak etmək və bu yazışmaların rəsmi protokol qaydalarına uyğun olmasını təmin etmək;
Xəzər Universitetinə əcnəbi tələbələrin cəlb edilməsi və qəbulu prosesini təşkil etmək;
Universitetin təklif etdiyi daxili və dövlət təqaüd proqramlarını idarə etmək və əlaqələndirmək;
Ölkədə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatlar və digər qurumların əməkdaşları ilə görüşlərinin təşkil olunmasında iştirak etmək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə digər vəzifələri icra etmək.
Tələblər:
Magistr təhsili; (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu, beynəlxalq əlaqələr ixtisası üzrə ali təhsilə malik olanlara üstünlük verilir);
Müvafiq sahədə və ya vəzifənin funksiyaları nəzərə alınmaqla azı 2 il iş stajı, o cümlədən rəhbər vəzifədə və ya idarəetmə sahəsində azı 1 il iş stajı;
Komanda mühitində işləmək bacarığı;
Problem həlletmə, qərar qəbuletmə bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Dil bilikləri:
Azərbaycan dili (sərbəst);
İngilis dili (yüksək səviyyədə)
Əlavə məlumatlar
İş yerinin ünvanı: Xəzər Universiteti (Neftçilər Kampusu) Məhsəti küç. 41, AZ1096, Bakı, Azərbaycan;
İş qrafiki: Bazar ertəsi - Cümə (09:00-18:00).
Göstərilən tələblərə cavab verən namizədlərin mövzu yerində “Beynəlxalq Əlaqələr Şöbə müdiri” qeyd etməklə “CV və Cover Letter” [email protected] elektron poçt ünvanına göndərməsi xahiş olunur.
Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Yalnız tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediləcək.
Vakansiyaya son müraciət tarixi: 25 avqust 2025-ci il