Bazar ertəsi, 2 İyun, 2025

Beynəlxalq Festivala film qəbulu başladı


  • Dərc edildi: 2 Avqust, 2021 - 08:31
Beynəlxalq Festivala film qəbulu başladı

Beynəlxalq Festival mükafat fondunu açıqladı Bakı Qısa Film Festivalından möhtəşəm yenilik Beynəlxalq Festivala film qəbulu başladı   Bu il növbəti dəfə keçiriləcək 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı yerli və əcnəbi rejissorlar üçün film qəbulunu açıq elan edir. 12-16 noyabr tarixlərində Bakıda reallaşacaq festivala filmlərin qəbulu 25 avqusta kimi davam edəcək. Yaşı 35-ə qədər olan rejissorlar 35 dəqiqədən çox olmayan qısa filmlərini festivalın beynəlxalq, yerli və “Cinemobil” bölmələrinə təqdim edə bilərlər. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə festivalın əsas mükafatı “Qızıl Nar” və pul mükafatı təqdim ediləcək. Festivalın yerli müsabiqəsinin ümumi mükafat fondu 5 000 AZN təşkil edir. Festivala göndərilən filmlər Seçim Komissiyası tərəfindən seçilərək müsabiqəyə daxil ediləcək. Kinoforumun rəsmi proqramı 1 noyabrda açıqlanacaq. Bakı Be

ynəlxalq Qısa Filmlər Festivalına hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır. Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Hər il auditoriyasını genişləndirməyi hədəfləyən festival gənc kinematoqrafçıları bir araya gətirən ən böyük yerli kino hadisəsidir. 2004-cü ildə təsis edilən “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, ÖZ FİLM şirkəti yer alır. “Trend” İnformasiya Agentliyi, “Teleqraf Holdinq” festivalın media tərəfdaşıdır. www.filmfestival.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 29
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 108
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 146
Lisey və gimnaziyala...