Cümə, 6 İyun, 2025

Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 29 Mart, 2022 - 12:58
Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya

Bank Respublika” ASC Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  

  • Beynəlxalq bank və qurumlar üçün hesabatların hazırlanması və təhlili;
  • Gəlir və xərclər analizi və müxtəlif ssenarilərin hazırlanması;
  • Müxtəlif təqdimat və sənədlərin tərcüməsi (İngilis və Azərbaycan dillərinə);
  • İngilis dilində sənədlərin hazırlanması;
  • Müxtəlif maliyyə qurumları üçün bankın fəaliyyəti haqqında təqdimatların hazırlanması;
  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların toplanılması və əlaqələrin qurulması;
  • Yeni tərəfdaşlarla KYC mərhələsinin keçirilməsi;
  • Xarici və beynəlxalq maliyyə qurumlarından kredit xətlərinin cəlb edilməsində iştirak;
  • Xarici konsultantlar ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;
  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank sektorunda, beynəlxalq təşkilatlarda arzuolunandır;
  • Azərbaycan və İngilis dili - əla (yazılı və şifahi), Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Məsuliyyətlik, operativlik;
  • İdarəetmə və qərar qəbuletmə qabiliyyəti
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Beynəlxalq maliyyə qurumları ilə iş üzrə mütəxəssis/baş mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.   Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 111
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...